Ölkəmizin tarixi, milli-mənəvi dəyərləri və mədəniyyətinə xüsusi həssaslıqla yanaşan doğma “Azərçay” 8 Mart - Beynəlxalq qadınlar günündə şəhid ailələri üçün tədbir təşkil edib.
Vətənimizin bütövlüyü uğrunda öz canından keçmiş qəhramanların xanımları və onların övladları üçün keçirilən tədbirdə tanınmış müğənnilərin ifasında musiqilər səslənib.
Uşaqlar üçün animatorlar tərəfindən əyləncəli oyunlar keçirilib.
Bununla bərabər qonaqlar tədbir ərzində nəfis dada və gözəl ətrə malik “Azerçay”a qonaq ediliblər, onlara doğma çay markası tərəfindən bayram hədiyyələri təqdim olunub.
Qeyd edək ki, doğma çay “Azerçay” dünyanın 40 dan çox ölkəsində Azərbaycan çay mədəniyyətini təmsil edir və “Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyır.
Ölkəmizin çayçılıq ənənələrinin təbliğini öz əsas məqsədlərindən hesab edən marka, həmçinin ölkəmizdə ilk berqamot sahələrinin salınmasının təşəbbüskarıdır.
- Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi - General
- Dənizdən içməli su layihəsi Xəzəri quruda bilər?
- Bakı 4 erməni məhbusu niyə indi İrəvana verdi?
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?