Prezident İlham Əliyevin nəvələri - Əli və Mikayıl Ağalarovlar “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova dəstək nümayiş etdiriblər.
BUTA.TV xəbər verir ki, bu barədə Mikayıl Ağalarov şəxsi İnstaqram səhifəsində paylaşım edib.
O, Qurban Qurbanovu əsl əfsanə adlandırıb:
“Əziz Qurban Qurbanova böyük ehtiramla... Əsl əfsanə. Bu gün kiminlə oynamağımızın fərqi yoxdur. Biz Bakıda, Azərbaycanda oynayırıq. İstəyirik ki, bu şəxs axşam stadionda və ya televizor qarşısında olacaq hər birinizin dəstəyini hiss etsin. O, çox iş görüb və çətin bir yol keçib. Bunun nəticəsi olaraq biz bu gün öz evimizdə Avropa Liqasının 1/8 final mərhələsini keçirə bilirik. Bizim gözəl komandamız, oyunçularımız və heyətimiz var. Bunu bir daha təkrarlayaq!
Tək sevgi - QARABAĞ FK!!!”
Qeyd edək ki, Ağdam klubu bu axşam Avropa Liqasının 1/8 finalının ilk görüşü çərçivəsində "Bayer"i qəbul edəcək.
- Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi - General
- Dənizdən içməli su layihəsi Xəzəri quruda bilər?
- Bakı 4 erməni məhbusu niyə indi İrəvana verdi?
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?