"Qarabağ"da ruh yüksəkliyi yüksək səviyyədədir.
Bu sözləri BUTA.TV-a açıqlamasında “Qarabağ” futbol klubunun mətbuat katibi Anar Hacıyev Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində “Bayer 04” komandası ilə bu gün keçiriləcək oyun haqda danışarkən deyib.
“Baxmayaraq ki, iki futbolçumuz (Julio Romao və Elvin Cəfərquliyev) cəzalı durumdadır, amma komandada ruh yüksəkliyi yüksək səviyyədədir. Bununla yanaşı, oyundan gözləntilərimiz də yüksəkdir”, - A.Hacıyev bildirib.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”-“Bayer” matçı saat 21:45-də başlayacaq.
- Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi - General
- Dənizdən içməli su layihəsi Xəzəri quruda bilər?
- Bakı 4 erməni məhbusu niyə indi İrəvana verdi?
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?