“Abzas media” işi çərçivəsində saxlanılan Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddəti üç ay uzadılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən iclasda qərar qəbul edilib.
Xatırladaq ki, H.Babalı dekabrın 13-də saxlanılıb. Ötən il dekabr ayının 14 də onun barəsində məhkəmə 3 aylıq həbs qətimkan tədbiri seçib.
O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
E.Qasımova isə bu il yanvarın 13-də saxlanılıb. Daha sonra məhkəmənin qərarı ilə onun barəsində 2 ay 17 gün həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı
- Bakının İrəvana təhvil verdiyi ermənidən açıqlama
- Ermənilərin təhvil verilməsinə AB-dən - Reaksiya
- Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi - General
- Dənizdən içməli su layihəsi Xəzəri quruda bilər?
- Bakı 4 erməni məhbusu niyə indi İrəvana verdi?
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi