Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson bloger Ceyk Polla döyüşəcək.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
İdmançı bildirib ki, döyüş iyulun 20-də Amerikanın Arlinqton şəhərindəki A&T Stadiumunda baş tutacaq. Arena 105 min nəfəri qəbul edə bilər. 57 yaşlı Tayson 27 yaşlı blogerlə müqavilənin artıq imzalandığını açıqlayıb.
Paul peşəkar döyüşçülərlə bir sıra boks görüşləri ilə tanınır. O, yeganə məğlubiyyətini britaniyalı Tommi Föridən alıb. Boks qaydalarına əsasən keçirilən son döyüşdə bloger Rayan Bourlandı texniki nokautla məğlub edib.
2020-ci ildə Tayson həmyerlisi Roy Consa qarşı rinqə çıxıb. Sərgi döyüşü heç-heçə ilə yekunlaşıb. Bu tamaşa Taysonun son 15 ildə ilk tamaşası idi. 2005-ci ildə o, son peşəkar döyüşündə Kevin Makbrayda məğlub olub.
- Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi - General
- Dənizdən içməli su layihəsi Xəzəri quruda bilər?
- Bakı 4 erməni məhbusu niyə indi İrəvana verdi?
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?