Tovuz sakini bıçaqlanıb. Hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
BUTA.TV xəbər verir ki, kənd sakini 36 yaşlı Namiq İsmayılov mübahisə zəminində qarın nahiyəsindən bir bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. O, əməliyyat edilib.
Hadisəni törətməkdə şübhəli bilinən isə onun həyat yoldaşı 32 yaşlı Ləman İsmayılovadır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, bıçaqlanma ilə bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək.
- Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi - General
- Dənizdən içməli su layihəsi Xəzəri quruda bilər?
- Bakı 4 erməni məhbusu niyə indi İrəvana verdi?
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?