Şokolad istehsalının əsas tərkib hissəsi olan kakao paxlasının bahalaşması rekordlara imza atır.
BUTA.TV xəbər verir ki, bu barədə CNBC nəşrinin sorğusunda bildirilib.
Sorğuda iştirak edən analitiklər hesab edirlər ki, kakaonun qiyməti daha da arta bilər:
"Qlobal istehsalın təxminən 75%-ni təşkil edən Qərbi Afrikadan kakao tədarükü ilə bağlı narahatlıqlar son aylarda bazarı gücləndirib. Nyu York birjasında kakao paxlasının fyuçersləri çərşənbə günü bir metrik tonu 6,549 dollara satılıb. Qiymət bu günə qədər 57%-dən çox artaraq keçən ay ilk dəfə 6,000 dolları keçib".
Bildirilib ki, əsas problem əlverişsiz hava şəraiti ilə əlaqədar Qərbi Afrikadan tədarükün azalmasıdır. Belə ki, Kotdivuar dünya istehsalının 44%-ni, Qana isə 14%-ni təşkil edir.
- Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi - General
- Dənizdən içməli su layihəsi Xəzəri quruda bilər?
- Bakı 4 erməni məhbusu niyə indi İrəvana verdi?
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?