Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, general Valeri Zalujnı mart ayında Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsinə təyin edilməzdən əvvəl hərbi həkim komissiyası tərəfindən hərbi xidmətə yararsız elan edilib.
BUTA.TV xəbər verir ki, bu barədə mənbələrinə istinadla “Zerkalo Nedeli” (ZN.UA) nəşri yazıb.
“Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı general Valeri Zalujnı qışda hərbi həkim komissiyasından keçib və orada hərbi xidmətə yararsız hesab edilib. O, fevral ayında hərbi xidmətdən tərxis olunması barədə raport yazıb”, - məlumatda bildirilib.
İşdən çıxarılmanın ləngiməsi onunla izah olunur ki, bu gün Ukrayna qanunvericiliyində boşluqlar var: xüsusən də general rütbəsi daşıyan Zalujnını kimin hərbi xidmətdən azad etməli olduğu dəqiq müəyyən edilməyib - müdafiə naziri, yoxsa Zelenski.
“Mövcud qanunvericiliyə əsasən, hərbi qulluqçu (ara rütbədə - red.) müdafiə nazirinin sərəncamında olduqdan iki ay sonra hərbi rütbəsinə uyğun maaş istisna olmaqla, müavinətlərin verilməsi dayandırılır. Ən yüksək hərbi rütbəyə malik olan Zalujnıda bu, ayda 1762 qrivna (46 dollar) təşkil edir”, - nəşr aydınlıq gətirib.
Ukrayna Xarici İşlər Nazirliyi cümə axşamı Zalujnının Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsinə namizədliyinin təsdiqləndiyini açıqlayıb.
- Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi - General
- Dənizdən içməli su layihəsi Xəzəri quruda bilər?
- Bakı 4 erməni məhbusu niyə indi İrəvana verdi?
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?