ABŞ və Türkiyə Qafqazda sülh üçün birgə çalışacaq

23:04 - 9 Mart 2024 - GÜNDƏM

 ABŞ və Türkiyə Qafqazda sülh üçün birgə çalışacaq

ABŞ və Türkiyə Azərbaycan ilə Ermənistan arasında davamlı sülhü təşviq etmək üçün birgə işləməyə öhdələrinə götürürlər.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə-ABŞ Strateji Mexanizminin yeddinci toplantısı münasibətilə verilən açıqlamada bildirilib.

"Martın 7-də ABŞ Dövlət Departamentinin və Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmilərinin rəhbərlik etdiyi açıq, birgə strateji müzakirələr, ardınca isə martın 8-də katib Blinken ilə nazir Fidan arasında görüş baş tutub.

Cənubi Qafqaz məsələsində Blinken və Fidan Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış və davamlı sülh sazişinin əldə edilməsi üçün birgə işləmək öhdəliyi götürüblər və bunun regional sabitliyə, əməkdaşlığa və rifahı təşviq edəcəyinə dair razılığa gəliblər", - açıqlamada qeyd olunub.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol