AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul sınaq müddəti olmadan aparılacaq.
BUTA.TV xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin “Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası”nda dəyişiklik edilib.
Dəyişikliyə əsasən, aviasiya təhlükəsizliyi sahəsində xidmətə qəbul olunmaq üçün müraciət etmiş və sənədləri qəbul edilmiş namizədlər üçün 3 aylıq sınaq müddəti ləğv edilib.
Namizədin işə qəbul edilməsi barədə yekun qərarı “AZAL” QSC-nin rəhbəri qəbul edəcək və onunla əmək müqaviləsi bağlayacaq.
Bundan əvvəl namizədin işə qəbul edilməsi barədə yekun qərarı “AZAL” QSC-nin rəhbəri qəbul edərək 3 ay sınaq müddəti müəyyən edilməklə, onunla əmək müqaviləsi bağlayırdı.
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?
- Azərbaycanı ləkələmək istəyən ermənilərə aid hesablar
- İsraillə birgə süni mayalanma mərkəzi yaradılacaq - Nazir
- Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu