Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, “Mersedes” və “Şevrolet” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb.
Hadisə saat 13 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonunun Zalqarağac kəndindən keçən hissəsində baş verib. Qəza nəticəsində Süleymanov Arzuman Məzahir oğlu və Mədətov Zaur Xudayar oğlu həlak olublar. Ağır xəsarət alan şəxs - 1996-cı il təvəllüdlü Mustafayev Elməddin Ağazadə oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?
- Azərbaycanı ləkələmək istəyən ermənilərə aid hesablar
- İsraillə birgə süni mayalanma mərkəzi yaradılacaq - Nazir
- Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu