Müsahibəsində Əfqanıstanla Ukraynanı qarışdıran ABŞ Prezidenti Co Bayden əslində Vaşinqtonun Ukraynadakı biabırçılığını artıq ört-basdır edə bilmir və bu, hamıya aydındır.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Teleqram kanalında yazıb.
“Yazırlar ki, Bayden Ukraynanı Əfqanıstanla qarışdırdı. O, qarışdırmayıb. O, artıq hamının başa düşdüyünü gizlədə bilmir: ABŞ Ukrayna layihəsi ilə özünü qanlı şəkildə rüsvay etdi”, - Zaxarova bildirib.
Qeyd edək ki, MSNBC kanalına müsahibə verən Bayden Amerikanın səhv etdiyini, Əl-Qaidənin lideri Üsamə bin Ladenə görə “Ukraynaya getməməli” olduğunu deyib.
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?
- Azərbaycanı ləkələmək istəyən ermənilərə aid hesablar
- İsraillə birgə süni mayalanma mərkəzi yaradılacaq - Nazir
- Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu