Ankaranın aldığı S-400 zenit-raket kompleksləri F-35 layihəsinin həyata keçirilməsi kontekstində Türkiyə ilə ABŞ arasında münasibətlərdə problemli məsələ olaraq qalır.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyk deyib.
“Türkiyə xarici işlər naziri Hakan Fidanın 7-8 mart tarixlərində ABŞ-a səfəri zamanı F-35 məsələsi gündəmə gəlib. Daha əvvəl deyildiyi kimi, S-400 problem olaraq qalır. Biz həll yolu tapmaq istəyirik. Dövlət katibinin müavini Viktoriya Nuland bununla bağlı daha əvvəl öz təkliflərini irəli sürmüşdü. Biz bu problemi həll etmək istəyirik, lakin hələ ki, buna nail ola bilməmişik”, - səfir bildirib.
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?
- Azərbaycanı ləkələmək istəyən ermənilərə aid hesablar
- İsraillə birgə süni mayalanma mərkəzi yaradılacaq - Nazir
- Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu