Bölgədə sülhün bərqərar olması üçün səylərimizi əsirgəmirik.
BUTA.TV xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XI Qlobal Bakı Forumunda “Parçalanmış Dünyanın Bərpası” mövzusunda keçirilən panel iclasında deyib.
“Cənubi Qafqazı münaqişələrdən azad etmək üçün səylər göstərməkdəyik. Postsovet məkanında bir sıra münaqişələrin alovlanmasına şahidlik etmişik. Biz Qarabağı azad etməklə Cənubi Qafqazda stabilliyi bərqərar etmiş oluruq. Çalışırıq ki, bölgədə sülhün bərqərar olması üçün səylərimizi əsirgəməyək”, - H.Hacıyev əlavə edib.
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?
- Azərbaycanı ləkələmək istəyən ermənilərə aid hesablar
- İsraillə birgə süni mayalanma mərkəzi yaradılacaq - Nazir
- Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu
- XİN-dən TRİPP marşrutu ilə bağlı açıqlama