Yaponiyanın şimal-şərqində 5,8 bal gücündə zəlzələ baş verib.
BUTA.TV xəbər verir ki, Yaponiyanın Milli Meteorologiya İdarəsinin məlumatına görə, yeraltı təkanların episentri Fukusima prefekturasında olub.
Zəlzələdən əvvəl ümummilli fövqəladə xəbərdarlıq sistemi işə salınıb -yerli sakinlərin mobil cihazlarına yaxınlaşan zəlzələ barədə xəbərdarlıqlar göndərilib.
Tektonik zərbədən sonra seysmoloqlar ölkənin şimal-şərq sahilləri üçün sunami təhlükəsi elan ediblər, lakin bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib. Yeraltı təkanlar paytaxt Tokioda da hiss olunub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. “Fukusima-1” AES-də fövqəladə vəziyyətlə bağlı hər hansı məlumat verilməyib.
- Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu
- XİN-dən TRİPP marşrutu ilə bağlı açıqlama
- Bakı bu dörd ermənini İrəvana verdi
- Tarixi fürsətdir, İran zərərsizləşdiriləcək!
- ABŞ-ın İrana qarşı A və B planı
- ABŞ İrana zərbə endirəcək? - Türkiyə hərəkətə keçdi
- Rza Pəhləvinin qayıdışı mümkündürmü? - ABŞ onu oynadır
- Ermənistan bizi Qafqazdan çıxarır – Solonnikov