Goranboy rayonunun Nadirkənd kəndində tövlədə yanğın olub.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, M.Məmmədova məxsus təsərrüfatda olan tövlə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 180 kvadratmetr sahəsi olan tövlə yanıb, 230 qoyun-quzu tələf olub.
Təsərrüfat sahibinə xeyli zərər dəyib.
Yanğının səbəbləri araşdırılır.
- Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu
- XİN-dən TRİPP marşrutu ilə bağlı açıqlama
- Bakı bu dörd ermənini İrəvana verdi
- Tarixi fürsətdir, İran zərərsizləşdiriləcək!
- ABŞ-ın İrana qarşı A və B planı
- ABŞ İrana zərbə endirəcək? - Türkiyə hərəkətə keçdi
- Rza Pəhləvinin qayıdışı mümkündürmü? - ABŞ onu oynadır
- Ermənistan bizi Qafqazdan çıxarır – Solonnikov