Azərbaycan öz gələcəyinin keçid mərhələsindədir. Bu dönəmdə Sizin Ermənistanla onilliklərlə davam edən münaqişəyə son qoymağınız üçün tarixi şansınız var. Dünya Sizin dekabr ayındakı birgə bəyanatınızı alqışladı; bu ilin noyabrında imzalanmış və təmin edilmiş sülh sazişi ilə Bakıya gəlmək, Cənubi Qafqaz ölkələrinin iqlim və enerji, su və ərzaq təhlükəsizliyi kimi ortaq çağırışlara qarşı birlikdə mübarizə aparmaq öhdəliyini qəbul etmələri çox yaxşı olardı.
BUTA.TV xəbər verir ki, bu sözlər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunakın Azərbaycan Prezidenti İlham Əliyevə XI Qlobal Bakı Forumu ilə bağlı ünvanladığı məktubda əks olunub.
“Belə fürsətlərin açıq qalacağını və ya yenidən olacağını deyə bilmərik. Bəziləri hamının maraqlarına xidmət edən, əziyyətlə qazanılmış sülh və əməkdaşlıq əvəzinə, dünyanı yenidən silahlı münaqişəyə və rəqabətə sürükləməyi üstün tutur. Dünyanın bu həssas və qeyri-müəyyən dönəmində biz Azərbaycanın sabitliyi və müəyyənliyi təmin edəcək fürsətdən faydalanmasını gözləyirik”, - Sunak qeyd edib.
- Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu
- XİN-dən TRİPP marşrutu ilə bağlı açıqlama
- Bakı bu dörd ermənini İrəvana verdi
- Tarixi fürsətdir, İran zərərsizləşdiriləcək!
- ABŞ-ın İrana qarşı A və B planı
- ABŞ İrana zərbə endirəcək? - Türkiyə hərəkətə keçdi
- Rza Pəhləvinin qayıdışı mümkündürmü? - ABŞ onu oynadır
- Ermənistan bizi Qafqazdan çıxarır – Solonnikov