“Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçında “Bayer”ə 2:3 hesabı ilə məğlub oldu. Bu yenilgidən sonra ağdamlıların avrokubok yürüşü sona çatdı.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, “Qarabağ”ın ikinci qolunun müəllifi olan Olavio Juninyo matçdan sonra oyunu dəyərləndirib:
“Maraqlı oyun oldu. İkinci buraxdığımız qola görə çox üzüldüm. Amma “Bayer”in potensialı hamıya bəllidir. Qırmızı vərəqə aldığımız epizodda da bəxtsizlik oldu. Bu da oyuna təsir etdi. Oyun yüksək tempdə keçirdi. Bu tip oyunlarda sona qədər meydanda olmaq istəyirsən”.
Hücumçu “Qarabağ”dakı gələcəyi barədə də danışıb: “Hazırda “Qarabağ”da xoşbəxtəm. Burada oynadığım üçün qürur duyuram. Mövsümün sonunu gözləməliyik. Futbolda hər şey ola bilər. Keçdiyim komandaya tez uyğunlaşa bilirəm”.
- XİN-dən TRİPP marşrutu ilə bağlı açıqlama
- Bakı bu dörd ermənini İrəvana verdi
- Tarixi fürsətdir, İran zərərsizləşdiriləcək!
- ABŞ-ın İrana qarşı A və B planı
- ABŞ İrana zərbə endirəcək? - Türkiyə hərəkətə keçdi
- Rza Pəhləvinin qayıdışı mümkündürmü? - ABŞ onu oynadır
- Ermənistan bizi Qafqazdan çıxarır – Solonnikov
- Təbrik edirəm, mühüm addım atıldı - Paşinyan