Avropa Birliyinin sıraları genişləndikcə, özü ilə sülh gətirməlidir. Müharibələr, münaqişələr artdıqca, istər-istəməz bütün qitələrə təsir edir. Burada söhbət, təbii ki, Qərbi Avropada, Balkanlarda baş verənlərdən gedir. Müharibə amili qarşıya yeni çağırışlar qoyur.
BUTA.TV xəbər verir ki, bu fikirləri Münhen Təhlükəsizlik Konfransı Fondu Şurasının prezidenti Volfqanq İşinger XI Qlobal Bakı Forumu çərçivəsində “Regional perspektivlər: Avropa İttifaqı və onun qonşuları” mövzusunda martın 16-da keçirilən panel iclasda səsləndirib.
Zamanın məhdud olduğunu diqqətə çatdıran V.İşingerin sözlərinə görə, bizə möhlət verilməyib və hər dəqiqə qiymətlidir. Müharibələr, münaqişələr nəticəsində on minlərlə insanın həyatını itirdiyini bildirən Forum iştirakçısı qeyd edib:
“Düşünürəm ki, sülhün təmin olunması istiqamətində danışıqlar düzgün formada aparılmır. Biz qəbuletmə prosedurlarını yenidən nəzərdən keçirməliyik”.
Onun sözlərinə görə, Avropanın ilkin ideyası inteqrasiya ilə bağlıdır və Lissabon sammiti Avropa İttifaqına yeni üzvlərin qəbul edilməsinə qadağa qoymur.
- Bakı bu dörd ermənini İrəvana verdi
- Tarixi fürsətdir, İran zərərsizləşdiriləcək!
- ABŞ-ın İrana qarşı A və B planı
- ABŞ İrana zərbə endirəcək? - Türkiyə hərəkətə keçdi
- Rza Pəhləvinin qayıdışı mümkündürmü? - ABŞ onu oynadır
- Ermənistan bizi Qafqazdan çıxarır – Solonnikov
- Təbrik edirəm, mühüm addım atıldı - Paşinyan
- Mirzoyan və Rubiodan “Tramp yolu” ilə bağlı birgə bəyanat