NATO ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, Rusiya üçün hərbi hədəf olacaq.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Təbii ki, NATO-nun birgə nüvə missiyaları praktikasının genişləndirilməsi sırf sabitliyi pozan xarakter daşıyır. Fakta görə isə təhdidedicidir. NATO ölkələrinin birgə nüvə missiyalarının Rusiya sərhədlərinə yaxınlaşması Moskva üçün təhlükələri gücləndirir. Mən hətta Varşavada dilə gətirilən daimi yerləşdirmədən danışmıram. Buna görə də indi Polşada və xaricdə belə bir sxemi həvəslə müzakirə edən bütün siyasətçilər başa düşməlidirlər: bu istiqamətdə dəyişikliklər Polşaya təhlükəsizlik əlavə etməyəcək və müvafiq obyektlər mütləq hədəfə çevriləcəkdir”, - o bildirib.
- Razi Nurullayevdən dəbdəbəli toyla bağlı yeni açıqlama: “Gözlərindən tökdünüz”
- Rza Pəhləvi Trampa çağırış etdi: İrana müdaxilə et!
- Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi
- AMEA-da yeni təyinatlar oldu
- Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar
- Nəsimi Nəbizadənin qardaşı həbs olundu
- Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma
- Azərbaycanda bu vəzifələr ləğv olundu