Paşinyan və hökuməti “Fridom Haus”un 2023-cü ildə Ermənistanda demokratik idarəetmə reytinqinin 2,50-dən 2,25-ə düşdüyü barədə hesabatını hələ də həzm etməyib. Üstəlik, eyni insan haqları təşkilatı Qərbdən İrəvana növbəti şilləsini vurub, onlar Ermənistanda polis zorakılığı xəbərlərindən narahatlığını ifadə ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.
“ABŞ Dövlət Departamenti insan haqları ilə bağlı illik hesabatını açıqlayaraq, İrəvan tərəfindən işgəncə, qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar, habelə davam edən əsassız həbslər barədə etibarlı hesabatlar aldığını vurğulayır. Qərbin İrəvanın üzünə şillə vurması və birdən-birə həqiqətlə bir az da olsa üz-üzə gəlməyə qərar verməsinin bir neçə variantı ola bilər. Məsələn, bu, Paşinyana xəbərdarlıq ola bilər və ya ola bilsin ki, Qərb də Paşinyandan əlini üzüb”, - məlumatda deyilir.
- Razi Nurullayevdən dəbdəbəli toyla bağlı yeni açıqlama: “Gözlərindən tökdünüz”
- Rza Pəhləvi Trampa çağırış etdi: İrana müdaxilə et!
- Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi
- AMEA-da yeni təyinatlar oldu
- Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar
- Nəsimi Nəbizadənin qardaşı həbs olundu
- Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma
- Azərbaycanda bu vəzifələr ləğv olundu