Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram.
BUTA.TV xəbər verir ki, bunu Unikal-a açıqlamasında Azərbaycan Hava Yolları QSC-nin (AZAL) sabiq prezidenti Cahangir Əsgərov deyib. O bildirib ki, Milli Aviasiya Akademiyasının Avianəqliyyat istehsalatı kafedrasının müdiri vəzifəsindən də ayırılıb:
"Vəzifədə olmadan akademiyada necə dərs deyə bilərəm? İnsanların mənimlə bağlı sosial şəbəkələrdə yazdıqlarına çox rahat baxıram. Hər kəs öz işi ilə məşğul olur. Sosial şəbəkələrdə mənim rəqs etdiyim videonu paylaşırdılar. Əgər o adamlar məni biabır etmək istəyirlərsə, mən onlara bir söz demirəm.
İndi mən övladlarımla, nəvələrimlə İsmayıllıda və Nabranda istirahət edirəm, amma ölkədən kənara çıxmıram. Özüm ərizə yazıb işdən ayrılmışam".
- Razi Nurullayevdən dəbdəbəli toyla bağlı yeni açıqlama: “Gözlərindən tökdünüz”
- Rza Pəhləvi Trampa çağırış etdi: İrana müdaxilə et!
- Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi
- AMEA-da yeni təyinatlar oldu
- Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar
- Nəsimi Nəbizadənin qardaşı həbs olundu
- Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma
- Azərbaycanda bu vəzifələr ləğv olundu