Rusiya NATO üzvü olan hər hansı dövlətə hücum edərsə, mütləq məğlub olacaq.
Axar. az xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.
"Alyans Rusiyadan üç dəfə çox hərbi personala, üç dəfə çox hava resursuna və dörd dəfə çox gəmiyə malikdir. Birinci səfərbərlik dalğasından sonra Rusiyada 1 milyon 300 mindən bir qədər çox hərbi qulluqçu oldu. NATO-nun hərbi personalı əlavə səfərbərlik olmadan 3,5 milyondan çoxdur. NATO və AB ölkələrinin nominal ÜDM-i 45 trilyon dollardan çoxdur. Rusiya və Belarusun ümumi ÜDM-i cəmi 2,2 trilyon ABŞ dolları, yəni 20 dəfə azdır”, - o bildirib.
- Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi
- Razi Nurullayevdən dəbdəbəli toyla bağlı yeni açıqlama: “Gözlərindən tökdünüz”
- Rza Pəhləvi Trampa çağırış etdi: İrana müdaxilə et!
- Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi
- AMEA-da yeni təyinatlar oldu
- Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar
- Nəsimi Nəbizadənin qardaşı həbs olundu
- Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma