Rusiyanın Ukraynadakı qələbəsi dünyanı qarışıqlığa sala, qlobal iqtisadiyyatı dəyişdirə, nüvə silahlarının yayılmasına və digər münaqişələrə səbəb ola bilər.
BUTA.TV xəbər verir ki, bunu “JPMorgan” holdinqinin rəhbəri Ceymi Daymon deyib.
“Bu, potensial fəlakət ola bilər”, - Daymon bildirib.
Onun sözlərinə görə, Rusiya azad, demokratik ölkənin ərazisini işğal edib və müqaviməti məhdudlaşdırmaq üçün nüvə müharibəsi ilə hədələyir:
"Bizdə əvvəllər heç vaxt nüvə şantajı olmayıb. Bu, həm də bütün dünyaya öyrədir ki, nüvə silahına sahib olmaq çox yaxşı şeydir, çünki insanlar sizdən qorxacaqlar, istəsəniz qonşunuza sataşa bilərsiniz. Rusiya Ukrayna ilə müharibədə qalib gələrsə, digər ölkələr ABŞ-ın onları hücumlardan qoruya biləcəyinə və ya iqtisadi döyüş meydanında dəstək verə biləcəyinə şübhə edəcəklər”.
- Yanacaq qiyməti qalxdı: marşrut və taksi bahalaşa bilərmi?
- Amerikaya qaçırılan Maduro niyə hər kadrda fərqli geyimlərdədir?
- "Baku City Karting"də faciə: 18 yaşlı oğlan öldü
- Ali təhsili olmayan yəhudi prezident – Maduro kimdir?
- Maduronun həbsi bazarları “oynadacaq” - Bakıya da təsir edəcək
- Martda 13 qeyri-iş günü olacaq
- Azərbaycanda bu siqaretlər bahalaşdı - Siyahı
- Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür...