"Qarabağ" sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Dinamo" ilə qarşılaşacaq.
BUTA.TV xəbər verir ki, Ağdam təmsilçisi ilk oyunda 0:3 hesabı ilə məğlub olduğu rəqibinə qarşı geridönüş etməyi bacarsa, həmin turnirin liqa mərhələsinə yüksələcək.
Əks halda isə Avropa Liqasında liqa raundunda mübarizə aparacaq.
Bu liqada mübarizə aparacaq hər bir kluba UEFA 4.31 milyon avro ödəniş edəcək.
Hər qələbəyə görə verilən məbləğ 450 000 avrodur. Komandalar heç-heçəyə görə 150 000 avro qazanacaqlar.
Qeyd edək ki, "Qarabağ" avqust ayının 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Xorvatiyanın "Dinamo Zaqreb" klubunu qəbul edəcək.
- Azərbaycan diaspor rəhbəri barəsində çıxarılan hökm ləğv edildi
- Leyla Əliyeva Mərkəzi Nəbatat bağında - Foto
- Karapetyan İsmayılovun restoranında 2 milyon xərclədi
- Bu üç ölkənin ərazisində separatçı yuvalar var - Prezident
- Vaxtilə stadionda "Qarabağ Ermənistandır" deyənlər... - Əliyev
- Sandu İlham Əliyevi təbrik etdi
- İlham Əliyev Qırğızıstana səfər edəcək
- Zakir Həsənov Liviyaya başsağlığı verdi