Ötən oyunu böyük hesabla qalib bitirməyimizə baxmayaraq, cavab matçına da yaxşı hazırlaşmışıq.
BUTA.TV xəbər verir ki, bunu "Dinamo"nun (Zaqreb, Xorvatiya) baş məşqçisi Sergey Yakiroviç "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə baş tutan mətbuat konfransında bildirib.
"Rəqibin gücü bizə bəllidir. Daha çox müdafiədə diqqətli çıxış etməyə çalışacağıq", - S.Yakiroviç vurğulayıb.
Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab görüşü sabah saat 20:45-də baş tutacaq.
- Azərbaycan diaspor rəhbəri barəsində çıxarılan hökm ləğv edildi
- Leyla Əliyeva Mərkəzi Nəbatat bağında - Foto
- Karapetyan İsmayılovun restoranında 2 milyon xərclədi
- Bu üç ölkənin ərazisində separatçı yuvalar var - Prezident
- Vaxtilə stadionda "Qarabağ Ermənistandır" deyənlər... - Əliyev
- Sandu İlham Əliyevi təbrik etdi
- İlham Əliyev Qırğızıstana səfər edəcək
- Zakir Həsənov Liviyaya başsağlığı verdi