Rusiya bu məsələ ilə bağlı mövcud kəşfiyyat məlumatlarını dərc etməklə Gürcüstanda rəngli inqilab cəhdlərinin qarşısını almaq istəyir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin xidmətin bir gün əvvəl dərc etdiyi xəbərdarlığı şərh edərkən deyib.
"Təkcə Qərb kəşfiyyat xidmətlərinin deyil, həm də ABŞ Dövlət Departamenti kimi qurumların düşmənçilik fəaliyyəti ilə bağlı əldə edilmiş məlumatları ictimaiyyətə açıqladıq ki, Gürcüstanda "rəngli inqilab" həyata keçirmək cəhdlərinin qarşısının alınmasına töhfə verək", - o bildirib.
Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidməti ABŞ-ın oktyabrın 26-da keçiriləcək parlament seçkilərində hakim Gürcü Arzusu Partiyasının qələbəsinin qarşısını almaq üçün “Tiflis Maydanı” təşkil etməyə hazırlaşdığına dair məlumat yayıb.
- Azərbaycan diaspor rəhbəri barəsində çıxarılan hökm ləğv edildi
- Leyla Əliyeva Mərkəzi Nəbatat bağında - Foto
- Karapetyan İsmayılovun restoranında 2 milyon xərclədi
- Bu üç ölkənin ərazisində separatçı yuvalar var - Prezident
- Vaxtilə stadionda "Qarabağ Ermənistandır" deyənlər... - Əliyev
- Sandu İlham Əliyevi təbrik etdi
- İlham Əliyev Qırğızıstana səfər edəcək
- Zakir Həsənov Liviyaya başsağlığı verdi