Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 27-də Dilicanda ölkənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərlərinin illik seminarında çıxışı zamanı hökumətin siyasəti ilə razılaşmayan diplomatik missiya rəhbərlərini istefa verməyə çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” nəşri mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Paşinyan çıxışında Ermənistanın üzləşdiyi geosiyasi hadisələr və çağırışlarla bağlı fikirlərini açıqlayıb.
“Baş nazir səfirləri seçim qarşısında qoyaraq, açıq mətnlə Ermənistanın çətin dövrə qədəm qoyduğunu, ona görə də qeyri-standart həll yollarına gəlməli olduqlarını bildirib. Paşinyan xəbərdarlıq edib ki, əgər kimsə sadiq əsgər kimi hakimiyyətin göstərişlərinə əməl etmirsə, onun siyasətini rəhbər tutmursa, heç olmasa indi getmək üçün ərizə yaza bilər”, - məlumatda qeyd olunub.
- Zakir Həsənov Liviyaya başsağlığı verdi
- Təyyarə qəzası buna cavab ola bilər - Engin Özər
- Onlara pulsuz silahlar verirdilər, özü də milyardlarla dollarlıq...
- Bu, Ermənistanın məqsədyönlü siyasəti idi...
- Əminəm ki, burada rahat yaşayacaqsınız - Prezident
- Orban İlham Əliyevi təbrik etdi
- Saakaşvili İlham Əliyevi təbrik etdi: Qafqazın böyük oğlu...
- Ərdoğan İlham Əliyevi təbrik etdi