Rusiyanın Moskva vilayətinin Mıtişi şəhərində doqquz il əvvəl yerli sakin Dmitriy Şarovu qətlə yetirməkdə təqsirləndirilən Elvin Abbasova hökm oxunub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən məhkəmə iclasında o, 12 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Həmçinin zərərçəkənin varisi tərəfindən verilən mülki iddia təmin edilib. Belə ki, təqsirləndirilən şəxsdən 10159 manat alınaraq zərərçəkən tərəfə verilməsi ilə bağlı qərar qəbul olunub.
Qeyd edək ki, hadisə doqquz il əvvəl - 2015-ci ilin oktyabr ayında sözügedən şəhərdə baş verib.
Məlumata görə, təqsirləndirilən şəxs Moskva vilayətində bazarda işləyib. E.Abbasov işlədiyi yerin yaxınlığında tanışları Elşad Musayev və Aleksandr Şadrinlə spirtli içki qəbul ediblər. Daha sonra E.Musayev tanışı E.Abbasova Dmitriy Şarov adlı şəxslə dalaşdığını bildirib. Elvin Dmitriyin dostu Elşada qarşı olan hərəkətlərindən hiddətlənərək kafenin çıxışında onunla əlbəyaxa olub. Həmin vaxt üzərində olduğu bıçaqla ona xəsarət yetirməsi nəticəsində Dmitriy Şarov həyatını itirib.
E.Abbasov ifadəsində bildirib ki, hadisədən sonra Belarusa, oradan təyyarə ilə Gürcüstana gedib, daha sonra isə Azərbaycana qayıdıb. O, axtarışda olduğunu bilməyib, 28 aprel 2023-cü il tarixində tutulub.
E.Abbasov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
- Zakir Həsənov Liviyaya başsağlığı verdi
- Təyyarə qəzası buna cavab ola bilər - Engin Özər
- Onlara pulsuz silahlar verirdilər, özü də milyardlarla dollarlıq...
- Bu, Ermənistanın məqsədyönlü siyasəti idi...
- Əminəm ki, burada rahat yaşayacaqsınız - Prezident
- Orban İlham Əliyevi təbrik etdi
- Saakaşvili İlham Əliyevi təbrik etdi: Qafqazın böyük oğlu...
- Ərdoğan İlham Əliyevi təbrik etdi