Balıqların kürüləmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabrın 1-də bitir.
BUTA.TV xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsi sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırıb ki, balıq ovlayarkən yalnız qanunvericiliklə qadağan olunmayan ov alətlərindən istifadə olunmalı, kimyəvi, zəhərli və partlayıcı maddələrdən, eyni zamanda qanunla qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq kimi ov alətlərindən istifadə edilməməlidir:
"Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz tutulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar".
- Saakaşvili İlham Əliyevi təbrik etdi: Qafqazın böyük oğlu...
- Ərdoğan İlham Əliyevi təbrik etdi
- İsrail prezidenti İlham Əliyevə zəng etdi
- Putinin Əliyevə zəng etməsi... - Kremlin şərhi
- Emin Ağalarov Prezidenti belə təbrik etdi - Video
- Müharibəyə göndərilən 3 azərbaycanlı itkin düşdü - Foto
- Prezident və xanımı Xankəndidədir
- Azərbaycanda “böyrək çıxaran”ı Qazaxıstan həbs etdi