Türkiyənin 8 bölgəsində təşkil edilən Quyu-21 əməliyyatı zamanı 18 ölkədə beynəlxalq axtarışa verilən 25 şübhəli saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya X hesabında yazıb.
Bildirib ki, Antalya, Bursa, İstanbul, İzmir, Mersin, Sakarya, Samsun və Trabzonda aparılan əməliyyat nəticəsində saxlanılan şəxslərin Almaniya, Avstraliya, Azərbaycan, Mərakeş, Niderland, İraq, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Cənubi Koreya, Monqolustan, Moldova, Özbəkistan, Rusiya, Suriya, Türkmənistan, İordaniyada beynəlxalq axtarışda olduğu müəyyənləşib.
Saxlanılanlar cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq və ya üzv olmaq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəsdən adam öldürmə, şəxsi azadlığının məhdudlaşdırılması, seksual xarakterli cinayətlər, rəsmi sənədləri saxtalaşdırma, dələduzluq, çirkli pulların yuyulması, insan alveri və immiqrant qaçaqmalçılığı ilə bağlı axtarış qeydlərinin olduğu müəyyən edilib.
İnterpol tərəfindən axtarılan və Türkiyədə olduğu müəyyən edilən şübhəlilər İl İmmiqrasiya İdarəsi Müdirliyinə təhvil verilib və deportasiya prosesi başlanıb.
- Azərbaycanda “böyrək çıxaran”ı Qazaxıstan həbs etdi
- Türkiyədə Baş Qərargah rəisinin təyyarəsini hansı ölkə vurub?
- Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto
- Prezident İlham Əliyevin doğum günüdür
- Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video