Şəmkir rayonunda vətəndaş elektrik cərəyanının vurması nəticəsində həyatını itirib.
DİN-dən BUTA.TV-a verilən məlumata görə, hadisə avqustun 30-u saat 13-də Şəmkir rayonunun Abbaslı kəndinin ərazisində baş verib.
Kənd sakini, 1993-cü il təvəllüdlü Surxay Rizvan oğlu Cəfərov yük avtomobilinin hərəkət etməsinə maneə yaradan dəmir borunu qaldırmaq istəyərkən ehtiyatsızlıqdan elektrik cərəyanının vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
- Azərbaycanda “böyrək çıxaran”ı Qazaxıstan həbs etdi
- Türkiyədə Baş Qərargah rəisinin təyyarəsini hansı ölkə vurub?
- Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto
- Prezident İlham Əliyevin doğum günüdür
- Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video