Bakıda və Abşeronda sentyabrda havanın orta aylıq temperaturu 21-23 dərəcə olacaq.
Milli Hidrometrologiya Xidmətindən BUTA.TV-a bildirilib ki, ayın əvvəlində ölkə ərazisində hava şəraitinin mülayim, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 24-29 dərəcə isti, bəzi günlərdə 32-34 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 12-23 mm).
- Azərbaycanda “böyrək çıxaran”ı Qazaxıstan həbs etdi
- Türkiyədə Baş Qərargah rəisinin təyyarəsini hansı ölkə vurub?
- Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto
- Prezident İlham Əliyevin doğum günüdür
- Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video