ABŞ Konqresi tərəfindən maliyyələşən “Azadlıq Radiosu” Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərlə bağlı ictimai rəyi manipulyasiya etməyə yönəlmiş materiallar yayımlamaqdadır və təəssüflə bildiririk ki, bu məlumatlar “jurnalist qeydləri” başlığı altında paylaşılır.
BUTA.TV xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilir.
Açıqlamada, həmçinin deyilir:
“Qeyd edək ki, qanunvericiliyin tələbinə uyğun olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində akkreditasiyadan keçmiş bütün xarici media subyektlərinin seçkiləri işıqlandırmaq üçün Mərkəzi Seçki Komissiyasına müraciətinə müsbət cavab verilib. Lakin “Azadlıq Radiosu”nun bununla bağlı hər hansı müraciəti olmayıb.
“Azadlıq Radiosu”nun mənbəyi bilinməyən, qərəzli məlumatları anonim “jurnalist qeydi” altında paylaşması jurnalist adından sui-istifadə halıdır və birmənalı olaraq media etikası prinsiplərinə ziddir.
Qeyd olunanlar fonunda medianın manipulyasiya metodu ilə ictimai rəyi çaşdırmaq cəhdlərini yolverilməz hesab edir və qınayırıq”.
- Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto
- Prezident İlham Əliyevin doğum günüdür
- Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı