Bir sıra Avropa ölkələrinin səfirlikləri “070” kodu ilə keçmiş qondarma rejimin “pasportunu” daşıyan şəxsləri qəbul etmək və onların sənədlərini yoxlamaqdan imtina edir.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Xüsusilə Litva, Polşa, İspaniya və Çexiya səfirliklərinin sözügedən “pasport”la gələn vətəndaşları geri qaytardığı bildirilir.
Səfirlik nümayəndələri “070” kodu olan bu “sənədlərin” Ermənistan vətəndaşlığını təsdiqləmədiyini və heç bir ölkəyə aid olmadığını qeyd edirlər. Bu səbəbdən onların ərizələrinin nəzərdən keçirilməsinin mümkün olmadığı deyilir.
Maraqlıdır ki, son günlər sadəcə Qarabağdan köçənlər deyil, Ermənistan vətəndaşlarının da Avropa ölkələrindən viza almasının çətinləşdirildiyinə dair məlumatlar yayılır. Hətta bzəi Avropa ölkələrində ermənilərə qarşı neqativ hərəkətlərin müşahidə olunduğu bildirilir.
- Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto
- Prezident İlham Əliyevin doğum günüdür
- Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı