“Qarabağ” yay transfer dövründə heyətinə daha bir oyunçu cəlb edib.
BUTA.TV-ın QOL.az-a istinadən verdiyi xəbərə görə, Ağdam təmsilçisi ukraynalı Aleksey Kaşuku heyətinə cəlb edib.
24 yaşlı yarımmüdafiəçi Ağdam klubuna azad agent kimi keçib. Transferin tezliklə rəsmən elan olunacağı gözlənilir.
Xatırladaq ki, “Şaxtyor”un (Donetsk, Ukrayna) yetirməsi olan Kaşuk 2022/23 mövsümündə “Sabah”da çıxış edib.
Qeyd edək ki, "Qarabağ" bu yay Fabian Buntiç, Musa Qurbanlı, Şahruddin Məhəmmədəliyev, Mateuş Koxalski və Emmanuel Addaini də heyətinə qatıb.
- Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto
- Prezident İlham Əliyevin doğum günüdür
- Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı