Niderland Ukraynaya 200 milyon avro məbləğində yeni yardım paketi ayırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Niderlandın Baş naziri Dik Şuf Zaporojye şəhərinə səfəri zamanı X sosial şəbəkəsindəki hesabında məlumat verib.
"Biz Ukraynaya kömək etmək üçün əlimizdən gələni etməliyik. Özü də təkcə cəbhədə yox, həm də gündəlik həyatda. Buna görə də Niderland 200 milyon avrodan artıq məbləğdə yeni yardım paketi təqdim edir”, - o qeyd edib.
Baş nazirin sözlərinə görə, vəsait ilk növbədə, enerji infrastrukturunun qorunması və təmirinə, eləcə də humanitar yardımın göstərilməsinə yönəldiləcək.
Bu, Dik Şufun Niderlandın baş naziri postunda Ukraynaya ilk səfəridir.
- Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto
- Prezident İlham Əliyevin doğum günüdür
- Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı