Sentyabrın 5-də Ermənistanda yeni konstitusiyanın müzakirəsinə start veriləcək.
BUTA.TV Azərtac-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın ədliyyə naziri Qriqor Minasyan bildirib.
Onun sözlərinə görə, sabah komissiyanın iclası keçiriləcək və iclasda Konstitusiya İslahatları Şurasının üzvü Daniel İoannisyanın konstitusiya reqlamentinə sabit səs çoxluğu ilə yenidən baxılması təklifi müzakirə olunacaq.
Nazir deyib ki, konstitusiyaya dəyişikliklər üçün referendum deyil, dəyişdirilə bilən konkret maddələrin müzakirəsi təklif olunub.
“Bu, müzakirə edəcəyimiz yeni bir məsələdir və Şura bununla əlaqədar qərar verəcək. 2027-ci ildə konstitusiya referendumunun keçiriləcəyi ilə bağlı ilkin təsəvvürlər var. O zamanadək hər şeyi təfərrüatı ilə, ictimai müzakirələr vasitəsilə, peşəkar ictimaiyyətlə işləmək üçün kifayət qədər vaxtımızın olması vacibdir”, - deyə nazir vurğulayıb.
O deyib ki, Şuranın üzvləri müxtəlif layihələrdə iştirak edən insanlardır, onlar hər şeyi sakit və hərtərəfli təhlil edə biləcəklər.
“Elə məsələlər var ki, biz onları artıq səsə qoymuşuq, müzakirə etmişik, lakin hələ görüləsi işlər çoxdur. Deyə bilərik ki, sabah yeni konstitusiyanın və yeri gəlmişkən, yeni ideyaların müzakirəsinə start veriləcək”, - deyə nazir əlavə edib.
- Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto
- Prezident İlham Əliyevin doğum günüdür
- Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı