DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Salyan rayonu ərazisində yerləşən stasionar postunda KİA markalı avtomobil yoxlama-nəzarət qaydasında saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.
Məlumata görə, sürücüdən sənədlər istənildikdə o, avtomobildən düşərək qaçmağa çalışıb, lakin YPX əməkdaşlarının sayıqlığı nəticəsində yaxalanıb. Araşdırma zamanı həmin şəxsin Sumqayıt şəhər sakini Orxan Allahverdiyev olması və narkotik vasitənin təsiri altında sükan arxasına əyləşməsi müəyyən edilib.
Faktın araşdırılması zamanı polisin qanuni fəaliyyətinə müdaxilə etməyə cəhd edən O.Allahverdiyevin valideyni övladının hüquqazidd əməllərinə haqq qazandırmağa çalışıb, DYP əməkdaşlarına hədə-qorxu gələrək, müqavimət göstərib.
Hər iki şəxs saxlanılaraq ərazi aidiyyəti üzrə polis orqanına təhvil verilib və toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı
- Bu qatar Azərbaycan vasitəsilə Ermənistana gedir
- Alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
- Qətiyyətli Lider!