Tehran üçüncü ölkələrin nümayəndələrinin Zəngəzurda kommunikasiyalara nəzarət etməsinin əleyhinədir.
BUTA.TV xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib.
“İrəvan sərhəd məntəqələrində nəzarəti Ermənistan hakimiyyəti tərəfindən həyata keçiriləcəyini deyib. Biz hər şeyin Ermənistanın suverenliyi çərçivəsində olmasının tərəfdarıyıq, istənilən nəzarət Ermənistan tərəfindən olacaq. Biz bura hansısa xarici ölkələrdən gəlib, nəzarət və ya təhlükəsizliyi təmin etməsini dəstəkləmirik”, - Sübhani bildirib.
Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla gələcək nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinin təmin edilməsi funksiyalarının özəl şirkətlərə verilməsi imkanını nəzərdən keçirdiklərini bəyan etmişdi.
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı
- Bu qatar Azərbaycan vasitəsilə Ermənistana gedir
- Alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
- Qətiyyətli Lider!