Ukraynanın Baş naziri Denis Şmıqal ölkəsinin Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Baş naziri tərəfindən ona ünvanlanan təbrik məktubuna görə Əli Əsədova təşəkkür edib.
BUTA.TV xəbər verir ki, təşəkkür məktubunda D.Şmıqal Ukraynanın Azərbaycan tərəfindən göstərilən humanitar yardımı yüksək qiymətləndirdiyini bildirib.
Ukraynanda mühüm mülki infrastrukturun, xüsusilə də enerji sisteminin yenidən qurulması layihələrində Azərbaycanın iştirakının genişlənəcəyinə ümidvarlıq ifadə olunub.
Ukraynanın Baş naziri dost Azərbaycan xalqına sülh və rifah arzulayıb.
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı
- Bu qatar Azərbaycan vasitəsilə Ermənistana gedir
- Alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
- Qətiyyətli Lider!