Məhsa Əmininin ölümünün ikinci ildönümündə Avstraliya daha beş iranlı şəxsə sanksiyalar tətbiq edir. Onların arasında İranda etirazların zorakılıqla yatırılmasında iştirak etmiş təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşları da var.
BUTA.TV xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq özünün X hesabında yazıb.
Qeyd edək ki, 22 yaşlı Məhsa Əmini 2022-ci il sentyabrın 13-də məcburi hicab qaydalarını pozduğuna görə əxlaq polisi tərəfindən döyülüb və həbs edilib. Təcridxanada komaya düşən Əmini xəstəxanaya köçürülüb və sentyabrın 16-da həyatını itirib. Onun ölümündən sonra bütün İranda aylarla davam edən antihökumət etiraz aksiyaları keçirilib.
- Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
- Su obyektlərindən xüsusi məqsədli istifadə ödənişli olacaq
- Əməliyyat: qadın saxlanıldı - VİDEO
- 18 yaşlı Zəhranın həlak olduğu qəza yerindən - Görüntülər
- Çayda batan gəncin meyiti tapıldı
- Mehdiyevlər ailəsində gözlənilməz gəlişmə – Bu 2-ci dəfədir...
- Qəzada ölən Məryəmin orqanları 6 nəfərə həyat verdi
- ABŞ - İran sazişinin tam mətni yayıldı - Həmin 14 bənd