Formula-1 yarışlarını izləmək üçün Azərbaycanı ziyarət edən britaniyalı supermodel Naomi Kempbell səfəri haqqında İnstaqram hesabında paylaşım edib.
BUTA.TV xəbər verir ki, o, paylaşımında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Prezidentin köməkçisi Anar Ələkbərova, gənclər və idman naziri Fərid Qayıbova, Formula-1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikaliyə və Formula-1-in müşaviri Flavio Briatoreyə təşəkkür edib.
Naomi Kempbell paylaşımında Bakı səfərinin əla keçdiyini və Heydər Əliyev Mərkəzini ziyarət etdiyini bildirib. Model, mərkəzi ziyarət etməyin ilhamverici olduğunu vurğulayıb və məşhur memar, yaxın dostu Zaha Hadid tərəfindən dizayn olunduğunu də əlavə edib.
- Şükürbəyli kəndinə daha 45 ailə yola salındı
- Çayda batan gəncin meyiti tapıldı
- Mehdiyevlər ailəsində gözlənilməz gəlişmə – Bu 2-ci dəfədir...
- Qəzada ölən Məryəmin orqanları 6 nəfərə həyat verdi
- ABŞ - İran sazişinin tam mətni yayıldı - Həmin 14 bənd
- Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar…
- DÇ tarixində ən yaşlı “het-trik” edən oyunçu oldu - Ronaldonun rekordunu qırdı
- Mikrofon açıq qaldı, Tramp barədə söhbətləri ifşa oldu - Video