Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində keçirdiyi əməliyyatdan sonra rus işğalçılar öz qüvvələrini Ukraynadan Kurska köçürməyə məcbur olurlar.
BUTA.TV xəbər verir ki, bu barədə DV nəşri ABŞ ordusunun istefada olan general-mayoru Qordon Deyvisin sözlərinə istinadən məlumat yayıb.
Onun fikrincə, Kursk əməliyyatı Ukrayna Silahlı Qüvvələrinə rus ordusunun hücumunu ləngitməyə və tükəndirməyə imkan verəcək, Qərb isə Rusiya ərazisinə raket zərbələri endirməsinə qoyulan məhdudiyyətləri aradan qaldıracaq.
“Ukrayna Kursk vilayətində ələ keçirilən əraziləri nəzarətdə saxlamaqla, döyüş meydanında itkilər və nailiyyətlər arasında siyasi və hərbi balansı qorumağa çalışacaq ki, bu da Rusiyanın Ukrayna ərazisinə irəliləyişini daha çətin və bahalı edəcək. Kursk hücumu Ukrayna üçün yaxşı addım olsa da, ukraynalıların Kursk istiqamətində öz mövqelərini nə qədər saxlaya biləcəkləri böyük sual olaraq qalır”, - ekspert bildirib.
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi ikinci liqa klubudur - Yenilənib
- Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
- Su obyektlərindən xüsusi məqsədli istifadə ödənişli olacaq
- Əməliyyat: qadın saxlanıldı - VİDEO
- 18 yaşlı Zəhranın həlak olduğu qəza yerindən - Görüntülər
- Çayda batan gəncin meyiti tapıldı
- Mehdiyevlər ailəsində gözlənilməz gəlişmə – Bu 2-ci dəfədir...
- Qəzada ölən Məryəmin orqanları 6 nəfərə həyat verdi
- ABŞ - İran sazişinin tam mətni yayıldı - Həmin 14 bənd