Bu gün Bakı Metropoliteni QSC-nin "Xalqlar dostluğu" və "Neftçilər" stansiyaları arasında hərəkət edən qatarın maşinisti qapılara müdaxilə ilə bağlı idarəetmə pultunda müvafiq siqnalların işarəsini hiss edib.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, "Neftçilər" stansiyasında qapıya baxış keçirib. Qapının bağlanmaması ilə bağlı hər hansı səbəb müəyyən edilmədiyindən maşinist sərnişinləri düşürüb. "Koroğlu" stansiyasına qədər qatarın qapılar yenidən yoxlanılıb, hansısa problem olmadığından həmin stansiyada sərnişinlər yenidən götürülüb. Nəticədə intervaldan əlavə "Neftçilər" ilə "Ulduz" stansiyalarıı arasında 4 dəqiqə yubanma yaranıb. Əlavə ehtiyat tədbirləri görülüb.
- Ötən gün faciəvi şəkildə ölən Zəhranın - Fotosu
- Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
- Su obyektlərindən xüsusi məqsədli istifadə ödənişli olacaq
- Əməliyyat: qadın saxlanıldı - VİDEO
- 18 yaşlı Zəhranın həlak olduğu qəza yerindən - Görüntülər
- Çayda batan gəncin meyiti tapıldı
- Mehdiyevlər ailəsində gözlənilməz gəlişmə – Bu 2-ci dəfədir...
- Qəzada ölən Məryəmin orqanları 6 nəfərə həyat verdi