Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini fasiləsiz davam etdirirlər.
Nazirliyin mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, Bakı şəhərində və Samux rayonunda keçirilən növbəti əməliyyatlar zamanı 1993-cü il təvəllüdlü Hüseyn Niyazov və əvvəllər məhkum olunmuş, 1994-cü il təvəllüdlü Sevməz Sarıbalayev saxlanılıblar.
Onlardan ümumilikdə 24 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş heroin, marixuana, tiryək, psixotrop maddə olan metamfetamin və 1500 ədəd metadon həbi aşkarlanıb.
Saxlanılan şəxslər şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əvvəlcədən müəyyənləşdirilmiş yerlərdən narkotik vasitələri götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi ikinci liqa klubudur - Yenilənib
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
H.Niyazovlə və S.Sarıbalayevlə əlbir olan digər şəxslərin də saxlanılması sahəsində tədbirlər davam etdirilir.
- Qəzada ölən Məryəmin orqanları 6 nəfərə həyat verdi
- ABŞ - İran sazişinin tam mətni yayıldı - Həmin 14 bənd
- Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar…
- Mikrofon açıq qaldı, Tramp barədə söhbətləri ifşa oldu - Video
- Messi şou göstərdi, Argentina darmadağına sevindi - Yenilənir - Video
- “Bizi Trampın qarşısında utandırdınız” - Netanyahu qəzəbləndi
- Evdən işləmək: Azadlıq, yoxsa tələ?
- Azərbaycan əsgərinin bu görüntüsü trend oldu - Video