Bəli, Ermənistan silahlı qüvvələrdə islahatlar aparmağa başlayıb. Bu, Azərbaycanda elə müzakirə olunur ki, guya Ermənistan sülh istəmir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Dünya Erməni Sammitində deyib.
O bildirib ki, ölkələr BMT Nizamnaməsinə uyğun olaraq öz təhlükəsizliklərini qorumaq üçün silah əldə edə bilər:
“Ermənistan bütün region ölkələrinin ərazi bütövlüyünü tanıyır, bizim heç bir ölkəyə ərazi iddiamız yoxdur. Bəli, bizim 200 kvadrat kilometrdən çox ərazimiz işğal olunub, lakin Ermənistan hökuməti bu ərazilərin hərbi yolla qaytarılması vəzifəsini qarşısına qoymur. Çünki Azərbaycanla imzalanmış demarkasiya işləri ilə bağlı əsasnamə bu problemi danışıqlarla həll edə biləcəyimizə imkan verir”.
- Bakıda mühüm iclas başladı
- Putin Azərbaycanı təbrik etdi
- Prezidentin Piterdən imtinası - Kreml gözləyirdi...
- Əliyevin imtinasına Kremldən reaksiya
- Şəmistan Əliyev, Putinin dostu xilas oldu, Averin öldü
- Sərkisyan Azərbaycan KQB-yə işləyib, kod adı “Nərimanov” olub
- Putin Bakıya vəd verdi, yerinə yetirmədi - Politoloq
- Putinə məruzə edən general-polkovnik məhv edildi