Bu cür “silahlar”ın kütləvi istehsalının mümkünlüyü terrorizmi yeni səviyyəyə qaldırır. Belə cinayətlərə qarşı tədbir görülməlidir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Livanda baş verən partlayışları şərh edərkən deyib.
“Məişət elektron cihazlarının partlayıcı qurğu kimi istifadə edilməsi faktı müvafiq araşdırma tələb edir. Bu cür “silahlar”ın kütləvi istehsalının mümkünlüyü terrorizmi yeni səviyyəyə qaldırır. Bu, bütün ölkələr üçün qlobal təhlükədir. Beynəlxalq qurumlar bu cür cinayətlərə qarşı tədbir hazırlamalıdır, əks halda heç bir insan özünü təhlükəsiz hiss edə bilməyəcək. Planlaşdırılan yüksək texnologiyalı hücum dünyada ciddi nəticələrə səbəb ola bilər. Livanda baş verənlər hərtərəfli araşdırılmalıdır”, - o bildirib.
Qeyd edək ki, Livanda 17 sentyabrda peycerlərin partlaması nəticəsində 12 nəfər ölmüş, 4 min nəfər yaralanmışdı.
18 sentyabrda isə Livanda növbəti partlayışlar baş verib.
- Bakı ilə İrəvan arasında müqavilə bitən kimi... - Fidan
- Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi
- AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər
- AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
- Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı
- Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
- Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu
- Kreml Bakı və İrəvandan bunu gözləyir