Orta və uzunmüddətli perspektivdə Ermənistan iqtisadiyyatının mövcud strukturla gələcəyi yoxdur.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni iqtisadçı Atom Markaryan deyib.
O bildirib ki, Ermənistan hökuməti qısamüddətli qərarlar verir:
“Bizim situasiyamız ekstremal idi. Buna müharibə, müharibədən sonrakı vəziyyət, Rusiya-Ukrayna müharibəsinin təzyiqləri şərait yaratmışdı. Bu şəraitdə Paşinyan kabinetinə balansı saxlamaq çətindir. Ona görə də mən deyirəm ki, hazırda situasiya hansısa mənada defoltdan öncəki dönəmi xatırladır. İqtisadi artım çox gözlənilmədən tənəzzüllə əvəzlənə bilər. 2008-2009-cu illərdə, eləcə COVİD dönəmində belə olmuşdu”, - o bildirib.
Ekspert həmçinin məşhur iqtisadçı Daron Əcəmoğlunun zamanında Ermənistan iqtisadiyyatının xilası üçün ölkəyə gəlməməsini bununla əlaqələndirib. O deyib ki, Əcəmoğlu dürüst danışırdı, çünki ölkəni düşdüyü çuxurdan çıxarmağın çətin olduğunu bilirdi.
- Putinə məruzə edən general-polkovnik məhv edildi
- 9 gündən sonra vergi azalır: qiymətlər düşəcək?
- Rusiya inanılmaz yola əl atır: 61 trilyon əldə edəcək
- Zelenskinin videosuna Putindən reaksiya: Şəhərə gir...
- Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan
- Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər
- İlham Əliyev Piterə gələ bilər - Peskov
- Vardanyanın saxlanma şəraiti ilk dəfə göstərildi - Video