II “Yüksəliş” müsabiqəsinin qalibi Arzu Tairquliyeva-Nağıyeva İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.
BUTA.TV xəbər verir ki, o, Bakı Dövlət Universitetində və Azərbaycan Dillər Universitetində "Regionşünaslıq" ixtisası üzrə bakalavr və magistr təhsili alıb, Dövlət Proqramı çərçivəsində təhsilini Böyük Britaniyanın Qlazqo Universitetində (The University of Glasgow) turizm, mədəni irs və davamlı inkişaf ixtisasının magistratura pilləsi üzrə davam etdirib, eyni zamanda ADA Universitetində təhsilin idarə olunması üzrə növbəti magistratura təhsilini bitirib.
Qalib Azərbaycan Turizm və Menecment Universitetində müəllim kimi də fəaliyyət göstərir.
- Evdən işləmək: Azadlıq, yoxsa tələ?
- Azərbaycan əsgərinin bu görüntüsü trend oldu - Video
- Avtobusda qadınlara əxlaqsız hərəkətlər edən şəxs - Həbs olundu+Video
- Tanınmış vəkilin qızı motosiklet qəzasında həlak oldu - Foto+Yenilənib
- Bəzi ərazilərdə qaz olmayacaq
- Azərbaycanda bu, ilk dəfə yaradılacaq
- Fransa DÇ-yə qələbə ilə başladı - Video-Yenilənib
- Nazir açıqladı: Minimal əkin sahəsi 5 hektar olmalıdır!